RU

“Sumqayıt”ın rəqibləri müəyyənləşib

“Sumqayıt” Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışındadır. 

Apasport.az xəbər klubun mətbuat xidmətinə istinadən verir ki, “kimyaçılar” hazırlıq çərçivəsində yoxlama oyunları da keçirəcək. Artıq onların iki rəqibi müəyyənləşib.  

Samir Abasovun yetirmələri iyulun 7-də Rusiya təmsilçisi “Orenburq”, 12-də isə Türkiyə I Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. 

Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la oynayacaq. Komandalar arasında ilk matç iyulun 25-də doğma meydanda, cavab oyunu isə iyulun 31-də səfərdə baş tutacaq.

 

Избранный
29
12
apasport.az

10Источники