“Sumqayıt"ın Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Samir Abasovun yetirmələri iyulun 7-də Rusiya premyer-liqa təmsilçisi “Orenburq”, 12-də isə Türkiyə 1-ci liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta