RU

Gürcüstan millisinin üzvləri "Şərəf" ordeni ilə təltif edildilər

Gürcüstan millisinin futbolçuları və məşqçiləri ölkə prezidenti Salome Zurabişvilinin fərmanı ilə AÇ-2024-ün 1/8 final mərhələsinə yüksəldiklərinə görə “Şərəf” ordeni ilə təltif ediliblər.

"Operativ Media" xəbər verir ki, mükafatlandırma mərasimi Tbilisinin Azadlıq meydanında baş tutub.

Gürcü futbolçuları minlərlə insan qarşılayıb.

AÇ-2024-ün 1/8 finalında Gürcüstan İspaniyaya 1:4 hesabı ilə uduzub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
operativmedia.az

1Источники