Gürcüstan millisinin futbolçuları və məşqçiləri ölkə prezidenti Salome Zurabişvilinin fərmanı ilə AÇ-2024-ün 1/8 final mərhələsinə yüksəldiklərinə görə “Şərəf” ordeni ilə təltif ediliblər.
"Operativ Media" xəbər verir ki, mükafatlandırma mərasimi Tbilisinin Azadlıq meydanında baş tutub.
Gürcü futbolçuları minlərlə insan qarşılayıb.
AÇ-2024-ün 1/8 finalında Gürcüstan İspaniyaya 1:4 hesabı ilə uduzub.