RU

Şəkidə avtomobili işıq dirəyinə çırpan sürücü öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəki rayonunun Cəfərabad kəndi ərazisində ölümlə nəticələnən qəza olub.
"Report" xəbər verir ki, Əliəskər İdris oğlu İbrahimov idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarında olan işıq dirəyinə çırpıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Mehriban Xəyyam qızı İbrahimova isə burun qanaxması, hər iki baldırın sıyrılmış yarası xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
8
oxu.az

10Источники