Şəki rayonunun Cəfərabad kəndi ərazisində ölümlə nəticələnən qəza olub.
Əliəskər İdris oğlu İbrahimov idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarında olan işıq dirəyinə çırpıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Mehriban Xəyyam qızı İbrahimova isə burun qanaxması, hər iki baldırın sıyrılmış yarası xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az