"Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib:
"Keçmiş prezidentin vəkilləri Trampa geniş toxunulmazlıq verən ABŞ Ali Məhkəməsinin qərarı əsasında hökmü ləğv etməyə çalışdıqdan sonra Nyu-York hakimi Donald Trampın porno aktrisaya ödənişləri saxtalaşdırdığına görə məhkum edilməsini sentyabr ayına qədər təxirə salıb. Bu əslində, o anlama gəlir ki, Tramp məhkəmə çəkişmələrindən bir qədər azad olaraq diqqətini seçki üzərində cəmləşdirə biləcək və kompaniyanı daha inamla aparacaq.
ABŞ-ın hazırkı prezidenti və prezidentliyə namizəd Co Baydenin isə son ümidləri də əlindən alındı. İndi maraqlı olan namizədlərin növbəti debatı zamanı onun özünü necə aparmasıdır. Çox maraqlı bir deyişmə gözlənilir. Bu debatın monoloq formasında keçəcəyini də proqnozlaşdıranlar var. Təbii ki əgər baş tutacaqsa".
Alim Hüseynli
Olaylar.az