Türkiyə millisi Avro-2024-ün 1/4 finalına yüksəlib. Yeniavaz.comxəbər verir ki, onlar Leypsiqdə keçirilən 1/8 final mərhələsinin son oyununda avstriyalıları 2:1 hesabı ilə məğlub edərək buna nail olublar. Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunda çıxış edən Merih Dəmiral 57-ci saniyədə küncdən zərbədən sonra fərqlənib. Bu qol, həmçinin Avropa çempionatlarının pley-off mərhələsindəki ən erkən qol kimi tarixə düşüb. 59-cu dəqiqədə isə “Real Madrid”in hücumçusu Arda Gülərin küncdən ötürməsini yenə Dəmiral qolla tamamlayıb. 66-cı dəqiqədə Avstriya Almaniya “Frayburq”unun hücumçusu Mixael Qreqoricin qolu sayəsində hesab fərqini azaltsa da, yekun nəticə dəyişməyib və Türkiyə millisi Avro-2024-ün 1/4 finalına yüksəlib.