EN

Türkiyə Avstriyanı belə məğlub etdi – Video


Türkiyə millisi Avro-2024-ün 1/4 finalına yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, onlar Leypsiqdə keçirilən 1/8 final mərhələsinin son oyununda avstriyalıları 2:1 hesabı ilə məğlub edərək buna nail olublar.
Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunda çıxış edən Merih Dəmiral 57-ci saniyədə küncdən zərbədən sonra fərqlənib. Bu qol, həmçinin Avropa çempionatlarının pley-off mərhələsindəki ən erkən qol kimi tarixə düşüb.
59-cu dəqiqədə isə “Real Madrid”in hücumçusu Arda Gülərin küncdən ötürməsini yenə Dəmiral qolla tamamlayıb.
66-cı dəqiqədə Avstriya Almaniya “Frayburq”unun hücumçusu Mixael Qreqoricin qolu sayəsində hesab fərqini azaltsa da, yekun nəticə dəyişməyib və Türkiyə millisi Avro-2024-ün 1/4 finalına yüksəlib.
Chosen
120
13
yeniavaz.com

10Sources