Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Can Dizdar Kanadaya səfir təyin edib.
“Far.Az” xəbər verir ki, bu barədə ölkə lideri sərəncam imzalayıb.
“Kanadadakı Türkiyə Respublikasının Səfirliyinə <…> Can Dizdar təyin olunsun”, – sənəddə qeyd olunub.…>Xatırladaq ki, 2023-cü ilin aprelinədək bu vəzifədə Kerim Uras olub.
Daha əvvəl Türkiyənin BMT yanında daimi nümayəndəsi Sedat Önal Türkiyənin ABŞ-dəki səfiri təyin olunmuşdu.