RU

İmişlidə ağır qəza: piyada öldü...

İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində piyada aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Axar.az xəbər verir ki, qəza saat 23 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndi ərazisində qeydə alınıb. 99-GA-052 dövlət nömrə nişanlı "Toyotta Korolla" markalı minik avtomobilinin vurduğu piyada Elbrus Adəm oğlu Şükürov aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
76
14
axar.az

10Источники