Litva Rusiya səfirliyinin nümayəndəsinə hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.
"İyunun 30-da Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus Moskvadan Kalininqrada uçan təyyarə Baltik dənizi üzərindən Litvanın hava məkanına qanunsuz daxil olub və təxminən bir dəqiqə orada qalıb", - XİN-in bəyanatında bildirilib.
Litva tərəfi belə hadisələrə aydınlıq gətirilməsini və təkrarlanmamasını tələb edib.