Qəzzada yaşayış binası atəşə tutuldu – Azı 12 nəfər həlak oldu
“Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Bələh şəhərində yaşayış binası İsrail tərəfindən atəşə tutulub”. Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Bildirilir ki, zərbə nəticəsində azı 12 fələstinli ölüb, daha bir neçəsi yaralanıb. Qurbanların dəqiq sayı barədə məlumat verilmir.