Bakı. Trend:
Litva Rusiya səfirliyinin nümayəndəsinə hava məkanının pozulmasıilə bağlı etiraz notası təqdim edib.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu barədə Baltikyanı RespublikasınınXarici İşlər Nazirliyi məlumat yayıb.
"Hadisə iyunun 30-da Rusiyanın "Pobeda" aviaşirkətinə məxsusMoskvadan Kalininqrada uçan təyyarənin Baltik dənizi üzərindənLitvanın hava məkanına qanunsuz daxil olması və təxminən bir dəqiqəorada qalması zamanı baş verib", - XİN-in bəyanatındabildirilib.
Litva tərəfi belə hadisələrə aydınlıq gətirilməsini vətəkrarlanmamasını tələb edib.