Sabah Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.
Modern.az xəbər verir ki, iclasda növbədənkənar parlament seçkiləri ilə bağlı cari məsələlər müzakirə ediləcək.
İclasda YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.