Rusiya Prezidenti Vladimir Putin iyulun 3-də Astanada Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan, Pakistan və Türkiyə liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Rusiya Federasiyasının prezidentinin ikitərəfli danışıqları iyulun 4-də davam edəcək.
Qeyd edək ki, İyulun 3-4-də Astanada ŞƏT sammiti keçiriləcək.