RU

Avrozona ölkələrində inflyasiya 2/5%-dək azalıb

“Eurostat”ın ilkin hesablamalarına görə, 20 avrozona ölkəsində iyunda inflyasiya illik ifadədə 2.5%, may ayında isə 2.6% olacaq. İstehlak qiymətlərində gözlənilən artım “Reuters” və “Bloomberg” tərəfindən sorğuda iştirak edən iqtisadçıların proqnozlarına uyğundur.

İyun ayında xidmətlərin dəyəri illik müqayisədə 4.1%, ərzaq məhsullarının, spirtli içkilərin və tütün məmulatlarının qiymətləri 2.5%, sənaye mallarının qiymətləri 0.7%, enerji məhsullarının qiymətləri 0.2% bahalaşıb. Ərzaq, alkoqol, tütün və enerji kimi dəyişkən malların qiymətlərini nəzərə almayan əsas inflyasiya iyun ayında 2.9% səviyyəsində sabit qalıb (martda rekord həddə – 5.7% olub).

Avrozona ölkələri arasında ən yüksək inflyasiya Belçika (illik ifadədə 5.5%) və İspaniyada (3.4%), ən aşağı inflyasiya Finlandiya (0.6%) və İtaliyada (0.9%) müşahidə edilir. Avrozonanın ən böyük iqtisadiyyatları olan Almaniya və Fransada istehlak qiymətləri 2.5% artıb.

“Eurostat” məlumatları göstərir ki, Avrozona ölkələrində işsizlik may ayında 6.4% -lə rekord səviyyədə qalıb.

Избранный
97
41
banker.az

10Источники