AZ

“AFB Bank” tender elan edir

®Tenderin adı:  “AFB BANK” ASC tərəfindən şəbəkə avadanlıqlarının satın alınması 

Tenderin elan tarixi:24.07.2024
Tenderin son tarixi:15.08.2024
Tenderdə iştirakın (yazılı şəkildə) təsdiq edilməsinin son tarixi:31.07.2024
Qiymət təkliflərinin göndərilməsinin son tarixi:15.08.2024

 

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
  • İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
  • Tender təklifi 15.09.2024 tarixinə kimi  qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  • Optimal qiymət təklifi;
  • Sənədləşmənin tələb olunan qaydada təşkili;
  • Sifarişin vaxtında və düzgün qaydada icrası;
  • Oxşar layihələrdəki iştirakı haqqında məlumat;
  • Şirkətin təqdim edilən vendor üzrə avadanlığın Azərbaycanda qurulması təcrübəsi olmalıdır;
  • Şirkətin təklif olunan avadanlığ üzrə sertifikasiyadan keçmiş əməkdaşı olmalıdır.
  • Avadanlıqlar, onları istehsal edən şirkətin sənədləri ilə birlikdə təqdim olunmalıdır.

Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlərlə birlikdə 31.07.2024 tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466) ünvanına İlkanə Mütəllimova adına göndərməlidir. 

Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcəkdir. Yaranacaq suallarla bağlı e-mail vasitəsilə ([email protected]) müraciət edə və yaxud İlkanə Mütəllimova (050 290 58 84)  ilə əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
banker.az

10Mənbələr