Portuqaliya millisinin baş məşqçisi Roberto Martines AÇ-2024-ün 1/8 finalında Sloveniyaya qarşı keçirdikləri oyunu şərh şərh edib.
Arena.az xatırladır ki, əsas və əlavə vaxtı “quru” (0:0) hesabla başa çatmış oyunun penaltilər silsiləsində Portuqaliya yığması 3:0 hesablı qələbəyə sevinib.
“Portuqaliya yığmasının gizli silahı Dioqo Kostadır. O, Avropa futbolunun gizli incisidir. Bu gün o, başqa səviyyəyə yüksəldi: o, təkbətək vəziyyətlərdə inanılmaz idi və bundan sonra isə penaltilər silsiləsində dalbadal üç zərbəni qaytarmaq üçün diqqəti və ustalıq məharəti çatdı. Biz onunla çox fəxr etməliyik”, – UEFA-nın mətbuat xidməti ispan mütəxəssisdən sitat gətirir.
Vurğulayaq ki, Portuqaliya yığmasını qapıçısı Dioqo Kosta penaltilər silsiləsində ilk üç penaltini dəf edərək, oyunu taleyini komandasının xeyrinə xətm edib.
1/4 finala yüksəlmiş Portuqaliya millisinin bu mərhələdə rəqibi Fransa yığması olacaq. Sloveniya yığması isə başını dik tutaraq fəxrlə evə qayıdır.