Müğənni Zenfira İbrahimova toy qiymətlərini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “Xəzər axşamı” verilişində danışıb.
İfaçı toya 6 000 manata getdiyini bildirib:
“Tək rayonlara qiymətim 6 000 manatdır. Əgər ansamblla getsəm, 9 000 olur. Çünki məndə 11 musiqiçi var. Əsas odur ki, hər kəs toyu idarə etməyi, xalqımızın alqışını almağı qazansın”.
Ziyafət Əlisoy