RU

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə!

İyulun 2-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə  Təhsil İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Məlumat üçün bildirək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub.

İmtahanlar iyulun 10-dək davam edəcək.


Избранный
169
13
news24.az

10Источники