Portuqaliya millisinin qapıçısı Dieqo Koşta Sloveniya ilə 2024-cü il Avropa çempionatının 1/8 final matçında ən yaxşı oyunçu seçilib. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Portuqaliya millisi penaltilər seriyasında (3:0) Sloveniyadan daha dəqiq olub və görüşdən qalib ayrılıb. Görüşün əsas qəhrəmanı portuqaliyalı qapıçı Dieqo Koşta olub. O, penaltilər seriyasında sloveniyalıların hər üç zərbəsini dəf edib. Beləliklə, Portuqaliya millisi AVRO-2024-ün 1/4 finalına yüksəlib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта