RU

Bu il Ukraynaya 13,8 milyard dollar maliyyə yardımı edilib

Ukrayna Maliyyə Nazirliyi ilin birinci yarısında Qərb ölkələrindən 13,8 milyard dollar dəstək alındığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

2022-ci ilin fevralında başlayan müharibədən bu yana Qərb ölkələrindən 85,4 milyard dollar dəstək alındığı bildirilib.

Xatırladaq ki, bu il ölkə büdcəsinin 43,5 milyard dollar kəsiri olacağı gözlənilir.

Избранный
75
1
operativmm.az

5Источники