RU

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdirivəzifəsindən azad edilib

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrəDövlət Agentliyi tabe qurumlarda növbəti dövri yoxlama tədbirləriçərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsində (RTİ)yoxlamalar aparıb.

Trend xəbər verir ki, yoxlamalar yerli bölmələr tərəfindəntəhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyatakeçirilməsi, direktor və direktor müavinlərinin işə qəbuluprosesinin mövcud qaydalara uyğun təşkili, kadrların təyinatı vəyerləşdirilməsi, eyni zamanda qayda və təlimatların icravəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilib.

Aparılan yoxlamalar zamanı sözügedən idarənin fəaliyyətindəmüsabiqə qaydaları və şərtlərinin, təlimati sənədlərin tələblərininciddi şəkildə pozulması halları aşkarlanıb. Bununla yanaşı, RTİ-nintabeliyində fəaliyyət göstərən müəssisələrə nəzarətin təşkilindənöqsanlar aşkar edilib.

Araşdırmanın nəticəsinə əsasən, Dağlıq Şirvan Regional Təhsilİdarəsinin müdiri Rövşən Əliyev elm və təhsil nazirinin müvafiqəmri ilə iyulun 1-dən tutduğu vəzifədən azad edilib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir vəzifəsininicrası müvəqqəti olaraq idarənin müdir müavini Həmid Qasımovahəvalə edilib.

Agentlik tərəfindən yerli bölmə və tabe müəssisələrinfəaliyyətinə nəzarətin təşkili məqsədilə aparılan yoxlamalar ilərzində davam etdiriləcək.

Избранный
13
15
az.trend.az

10Источники