RU

F-16 döyüş qaydalarını dəyişəcək - “Business Insider“

Kiyevin müttəfiqləri Ukraynaya tədarük edilən silahların istifadəsi ilə bağlı yeni qaydalar tətbiq ediblər. Bu, çoxdan gözlənilən F-16-lardan istifadəyə böyük təsir göstərə bilər.

News365.az xəbər verir ki, bu barədə Business Insider məlumat yayıb. Nəşr ekspertlərə istinad edərək yazır ki, Ukraynaya Amerika istehsalı olan ilk qırıcı bu yay gəlməlidir. Bu ona görə gecikdi ki, Ukrayna Rusiya daxilindəki hədəfləri vurmaq üçün müttəfiqləri tərəfindən verilən silahlardan istifadə etmək icazəsinə yenicə nail olub.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hərbi eksperti Corc Barros bu icazələrin F-16-rdan istifadəni daha təsirli edəcəyini bildirib. "Hələ bir ay əvvəl F-16-dan danışan ekspert bildirmişdi ki, Ukraynanın əlavə imkanlara ehtiyacı var. Lakin Rusiyanın da daha güclü hava qüvvələri və daha geniş hava hücumundan müdafiə şəbəkəsi var. O, indi isə belə deyir- "Artıq mən bu məsələdə daha çox optimistəm", - nəşr yazıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
33
news365.az

10Источники