AZ

Bu ölkə Ukraynaya "F-16"lar GÖNDƏRƏCƏK

Hollandiya Ukraynaya 24 ədəd "F-16" qırıcı təyyarəsinin ixracına icazə verib. 

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren ölkənin aşağı palatasına ünvanladığı məktubda yazıb.

Hərbi idarə rəisi vurğulayıb ki, yaxın vaxtlarda ilk "F-16"ların göndərilməsi planlaşdırılır. Lakin o, dəqiq çatdırılma tarixlərini açıqlamayıb.

Xatırladaq ki, Ollonqren daha əvvəl Ukraynanın 2024-cü ilin yayında döyüş təyyarələri alacağını bildirib.

Rusiya tərəfi Qərb ölkələrinin Ukraynadakı münaqişəni silah tədarükü ilə uzatmaq istəyi barədə dəfələrlə məlumat verib.

Müdafiə Nazirliyi qeyd edib ki, bu ölkənin ərazisinə daxil olan hərbi yüklər Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək.

Aygün Mirakif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
33
redaktor.az

10Mənbələr