RU

Şimali Koreya növbəti dəfə ballistik raket buraxıb

Cənubi Koreya Şimali Koreyanın şərqə doğru ballistik raket buraxdığını açıqlayıb.
''Yonhap'' agentliyinin  Cənubi Koreya Baş Qərargahının məlumatına istinadən yaydığı xəbərdə Şimali Koreyanın səhər saatlarında şərqə doğru ballistik raket buraxdığı bildirilib.
Xəbərdə raketlə bağlı ətraflı məlumat verilməsə də, məsələ ilə əlaqədar araşdırmanın davam etdiyi qeyd olunub.
İyunun 26-da Cənubi Koreya Baş Qərargahının yaydığı açıqlamada yerli vaxtla saat 05.30 radələrində Pxenyan yaxınlığından atılan ballistik raketin 250 kilometr uçduqdan sonra Şərq dənizi üzərində havada partladığı bildirilib.
Şimali Koreya isə raket sınağının uğurla həyata keçirildiyini iddia edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
1
trt.net.tr

2Источники