AZ

Şimali Koreya ballistik raket buraxıb

Cənubi Koreya Şimali Koreyanın şərqə doğru ballistik raket atdığını açıqlayıb.

525.az xarici mediaya istinadən bildirir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın səhər saatlarında şərqə doğru ballistik raket atdığı bildirilib.

Açıqlamada raketlə bağlı əlavə təfərrüat paylaşılmasa da, məsələ ilə bağlı araşdırmanın davam etdiyi bildirilib.

Cənubi Koreya Baş Qərargahının verdiyi açıqlamada Pxenyan yaxınlığından atılan “ballistik raketin” 250 kilometr uçduqdan sonra Şərq dənizi üzərində havada partladığı bildirilib.

Şimali Koreya isə "çox başlı raket sınağı" olaraq xarakterizə etdiyi fəaliyyətin uğurla həyata keçirildiyini iddia edib.

Malik Atilay 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
42
525.az

10Mənbələr