RU

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilirYENİLƏNƏCƏK VİDEO

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də ADA Universiteti, Elm və Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, “Təhsildə bərabərliyə doğru: tədqiqat və təcrübəyə nəzər” devizi altında keçirilən konfrans alimləri, təhsil siyasətinin icrasında iştirak edənləri, müstəqil tədqiqatçıları, təhsil işçilərini və tələbələri bir araya gətirərək tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbul edib.

İki gün keçiriləcək konfransın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal çıxış ediblər.

Qeyd olunub ki, konfransın əsas məqsədi həm fərdi, həm də ictimai rifaha əsaslanan formal və ya ömürboyu öyrənmə təhsil səviyyəsində bərabərsizliyi aradan qaldıran, o cümlədən bərabərliyi və ədaləti təşviq edən siyasət, eləcə də paradiqmaların yaradılmasını tövsiyə edə bilən elmi araşdırmaların və tədqiqatların dəyərləndirilməsidir.

Konfransın ilk günü Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “Təhsildə bərabərsizliyi aradan qaldırmağa yönəlik keçmişə və gələcəyə əsaslanan yanaşma” mövzusunda çıxışı işə başlayıb. Daha sonra Vaterloo Universitetinin Riyaziyyat, Biznes və Mühasibat proqramlarının direktoru İlham Axundov “Sabahın təhsilini formalaşdırmaq: bərabərlik, məlumat savadlılığı, koqnitiv yük və süni intellekt” mövzusunda çıxış edib.

Beynəlxalq konfransın panel müzakirələrində müxtəlif təhsil müəssisələrindən nümayəndələrin iştirakı ilə bir çox aktual mövzular müzakirə ediləcək.

Избранный
5
3
azertag.az

5Источники