AZ

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilib (FOTO)

Bakı. Trend:

ADA Universiteti, Azərbaycan Respublikası Elm və TəhsilNazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgətəşkilatçılığı ilə “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransıkeçirilib.

Trend xəbər verir ki, “Təhsildə bərabərliyə doğru: tədqiqat vətəcrübəyə nəzər” şüarı altında keçirilən konfrans alimləri, təhsilsiyasətinin icrasında iştirak edənləri, müstəqil tədqiqatçıları,təhsil işçilərini və tələbələri bir araya gətirərək tədris vəöyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə vədəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbuledib.

İki gün davam edən konfransın açılış mərasimində ADAUniversitetinin rektoru, səfir Hafiz Paşayev, Elm və təhsil naziriEmin Əmrullayev və ADA Universitetinin Strategiya və inkişaf üzrəprorektoru Vəfa Kazdal iştirakçıları salamlayıb.

Qeyd edilib ki, konfransın əsas məqsədi həm fərdi, həm də ictimairifaha əsaslanan formal və ya ömürboyu öyrənmə təhsil səviyyəsindəbərabərsizliyi aradan qaldıran, o cümlədən bərabərliyi və ədalətitəşviq edən siyasət, eləcə də paradiqmaların yaradılmasını tövsiyəedə bilən elmi araşdırmaların və tədqiqatlarındəyərləndirilməsidir.

Konfransın ilk günü Azərbaycan Respublikasının Dövlət İmtahanMərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin“Təhsildə bərabərsizliyi aradan qaldırmağa yönəli keçmişə vəgələcəyə əsaslanan yanaşma” mövzusundakı əsas çıxışı işə başlayıb.Daha sonra Vaterloo Universitetinin Riyaziyyat, Biznes və MühasibatProqramlarının direktoru İlham Axundovun “Sabahın təhsiliniformalaşdırmaq: bərabərlik, məlumat savadlılığı, koqnitiv yük vəsüni intellekt” mövzusunda əsas çıxışı iştirakçıların diqqətinəçatdırılıb.

Müxtəlif təhsil müəssisələrindən nümayəndələrin iştirakı iləkeçirilən panel müzakirələr bir çox aktual mövzunu əhatə edib. İlkolaraq “Tədrisin təşkilində müxtəlifliklər (Kənd və Şəhər, Dövlətvə Özəl, Tədris dili: Azərbaycan dili, rus dili, ingilis dili)”mövzusunda prorektor Vəfa Kazdalın moderatorluğu ilə panel müzakirəkeçirilib. “Təhsilverənlərin şəhər və regionlar üzrə bölünməsi"mövzusuna həsr olunan ikinci panel müzakirə Elm və TəhsilNazirliyində Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsini müdiriVəfa Yaqublunun moderatorluğu ilə baş tutub.

Konfransın ikinci günü “Regional İnkişaf” İctimai Birliyitərəfindən konfransa cəlb edilən inklüziv təhsil üzrə mütəxəssis,Yenilikçi Müəllim Mərkəzinin sədri Kayahan Karlının əsas çıxışı iləbaşlayıb. Çıxış “Universal Dizayn, İnklüziv Təhsildə AparıcıYanaşma” mövzusuna həsr olunub. “İnklüzivlik və yaxud eksklüzivlik”“Müəllim Hazırlığında Müasir Təhsil Proqramları və Yanaşmalar”mövzusunda keçirilən panel müzakirəyə ADA Universitetinin müəllimiElnur Eyvazov moderatorluq edib.

Bakı Dövlət Universitetinin nümayəndəsi Elmina Kazimzadəninmoderatorluğu ilə baş tutan növbəti panel müzakirə “Sosial-İqtisadiVəziyyətlə Əlaqədar Bərabərsizlik: Özəl Repititorluq” mövzusundaolub.

“Təhsildə bərabərsizliyin tədqiqi: Əsas məsələlər, metodolojiyanaşmalar və təhsildə bərabərsizlikləri müəyyən edən faktorlar”başlığı altında keçirilən üçüncü panel müzakirəyə ADAUniversitetindən Abbas Abbasov moderatorluq edib. Konfransın sonpanel müzakirəsi “Təhsildə Bərabərsizlik: Təhsil SiyasətininPerspektivləri” mövzusunda olub və ADA Universiteti Təhsilfakültəsinin dekanı Ülviyyə Mikayılovanın moderatorluğu ilə baştutub. Çıxışlardan sonra konfrans öz işini paralel sessiyalar ilədavam etdirib.

Qeyd edək ki, konfransdan öncə ADA Universitetinin və “Regionalİnkişaf” İctimai Birliyinin nümayəndələri tərəfindən iştirakçılarüçün müxtəlif sessiyalar keçirilib. İki gün ərzində isə təhsildəədalət və bərabərlik sahəsindəki qeyri-müəyyənlikləri, ziddiyyətliməqamları araşdıran elmi tədqiqatlar iştirakçıların diqqətinəçatdırılıb.

ADA
ADA
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
az.trend.az

5Mənbələr