Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendumun keçirilməsini yersiz hesab edib, lakin respublika xalqının Avropa istəklərinin olduğuna əmin olduğunu bildirib. O, iyulun 1-də Ermənistan Demokratik Forumunun iclasında bu fikri bölüşüb.
“Bizə deyirlər ki, xalqın Aİ-yə üzv olmaq ideyasını dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Mən özüm bildirdim ki, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər Aİ-yə yaxın olmağa hazırdır. Mən düşünsəm ki, Ermənistan xalqı bu fikri bölüşmür, mən belə bəyanat verməzdim”.
May ayında Paşinyan Ermənistanın 2024-cü ildə Aİ-yə üzv olmağa hazır olduğunu bəyan edib.
Öz növbəsində, İrəvanın Aİ-dəki səfiri Tiqran Balayan vurğulamışdır ki, respublikanın xarici siyasətinin Aİ ilə daha sıx əlaqələr qurmaq istiqamətində dönüşü Rusiya Federasiyasının Zaqafqaziyada maraqlarına təhlükə yaratmır.
Oxuməni.az