Paşinyan onu da qeyd edib ki, Ermənistanda demokratiya baxımından kifayət qədər dəyişikliklər baş verib.
"Bildirməliyəm ki, Ermənistanda demokratiya baxımından ciddi dəyişikliklər baş verib. Məsələn, Ermənistanda "seçkilərin saxtalaşdırılması", "seçkilərin nəticələrinin saxtalaşdırılması” ifadələri artıq tarixi janrda təsnif edilir. Bu çox vacibdir. Yol onilliklər ərzində bərbad vəziyyətdə olanda və birdən-birə əsaslı təmirə məruz qalanda, bu, cəmi bir həftə insanlara xəbərdir, ondan sonra bu, adi haldır və artıq heç kimi təəccübləndirməyəcək və sevindirməyəcək. Çünki onlar sevinirdilər, sonra hər şey bitdi, indi onlara sevinmək üçün yeni səbəblər lazımdır”, - Ermənistanın baş naziri bildirib.
www.anews.az