Fransada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.
Paytaxt Paris yaxınlığındakı hava limanından havaya qalxan təyyarə Sena-et-Marna əyalətindəki A4 şossesi üzərindəki yüksək gərginlikli xəttə dəyərək qəzaya uğrayıb.
Hadisə nəticəsində təyyarənin göyərtəsində olan üç nəfər həyatını itirib.
Faktla bağlı araşdırmalara başlanılıb.