RU

Fransa uzunmüddətli siyasi böhran astanasındadır - ÖZƏL

"Fransada Marin Le Penin öndərliyi altında ifrat sağçı Milli Ralli Partiyasının parlament seçkilərində qalib gəlməsi Prezident Emmanuel Makron üçün böyük riskdir". 

Bunu "Olaylar"a açıqlamasında Fransadakı parlament seçkilərinin ilk turunun nəticələrini şərh edən siyasi təhlilçi Aqşin Kərimov deyib. 

O bildirib ki, Makronun İntibah Partiyası Avropa Parlamentinə keçirilən seçkilərdə Le Penə məğlub olmağın şokunu adlamamış növbəti fiasko ilə üzləşdi. 

"İndi Makronun siyasi səhnədəki vəziyyəti qeyri-müəyyən, dramatik və təhlükəlidir. Əsas sual budur ki, Makron özü üçün necə yer etməyə çalışacaq?",-deyə Aqşin Kərimov əlavə edib. 

Ekspert xatırladıb ki, Fransa parlamentinə keçirilən seçkinin ilk turunda sol partiyaların "Yeni Xalq Cəbhəsi" və "Respublika Naminə Birgə" prezident blokunun koalisiyası ikinci yeri tutub. 

"Deməli, Fransa prezidentinin mərkəzçi sağ partiyasının mövqelərini itirməsi, dövlət idarəetməsində həddindən artıq sağçıların və solçuların rəhbərlik edəcəyi hökumət perspektivini ortaya qoyur. Bu isə Fransaya qarşı həm daxildə, həm də beynəlxalq platformalarda əks-reaksiyalar verilməsinə səbəb ola bilər. Beləliklə, Fransa sürpriz nəticələri olan uzunmüddətli siyasi böhranın astanasına gəlir",-deyə Aqşin Kərimov fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, iyunun 30-da Fransada parlament seçkilərinin birinci turu keçirilib. İlkin məlumata görə, ən çox səsi sağçı Milli Ralli Partiyası toplayıb. Onu seçicilərin 34,2%-i dəstəkləyib. İkinci və üçüncü yerləri sol partiyaların "Yeni Xalq Cəbhəsi" və "Respublika Naminə Birgə" prezident blokunun koalisiyası tutur. Onlara müvafiq olaraq ölkə sakinlərinin 29,1%-i və 21,5%-i səs verib.
Fransa prezidenti Emmanuel Makronun koalisiyası parlament seçkilərinin birinci turunda 20,76 faiz səs toplayaraq üçüncü yerdə qərarlaşıb.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
1
olaylar.az

2Источники