AZ

“Fransa sürpriz nəticələri olan uzunmüddətli siyasi böhranın astanasına gəlir“ - Politoloq

"Fransa sürpriz nəticələri olan uzunmüddətli siyasi böhranın astanasına gəlir."

Politoloq Akşin Kərimov bunu News365.az-a açıqlamasında deyib.

"Fransada Marin Le Penin öndərliyi altında ifrat sağçı Milli Ralli Partiyasının parlament seçkilərində qalib gəlməsi Prezident Emmanuel Makron üçün böyük riskdir.

Makronun İntibah Partiyası Avropa Parlamentinə keçirilən seçkilərdə Le Penə məğlub olmağın şokunu adlamamış növbəti fiasko ilə üzləşdi.

İndi Makronun siyasi səhnədəki vəziyyəti qeyri-müəyyən, dramatik və təhlükəlidir. Əsas sual budur ki, Makron özü üçün necə yer etməyə çalışacaq?

Fransa parlamentinə keçirilən seçkinin ilk turunda sol partiyaların “Yeni Xalq Cəbhəsi” və “Respublika Naminə Birgə” prezident blokunun koalisiyası ikinci yeri tutub.

Deməli, Fransa prezidentinin mərkəzçi sağ partiyasının mövqelərini itirməsi, dövlət idarəetməsində həddindən artıq sağçıların və solçuların rəhbərlik edəcəyi hökumət perspektivini ortaya qoyur. Bu isə Fransaya qarşı həm daxildə, həm də beynəlxalq platformalarda əks-reaksiyalar verilməsinə səbəb ola bilər. Beləliklə, Fransa sürpriz nəticələri olan uzunmüddətli siyasi böhranın astanasına gəlir."-deyə fikirlərini bildirib.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
news365.az

2Mənbələr