Türkiyənin İzmir şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şəhər Jandarma Komanlığı şahid ifadələri əsasında terror təşkilatının 9 üzvünə qarşı hərəkətə keçib.
Əvvəlcədən müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyat zamanı 9 şübhəli şəxs yaxalanıb. Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı içərisində qadağan olunmuş nəşrlər olan rəqəmsal materiallar və sənədlər ələ keçirilib.
Həmin şəxslərlə bağlı istintaq hərəkətləri davam etdirilir.
Zərif Sofiyeva