RU

Komanda yoldaşı Arda Gülərə təriflər yağdırdı

\"Arda Gülerin istedadının 30 faizini gördük\".
 
AZXEBER.COM İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Arda Gülərin \"Real Madrid\"dəki komanda yoldaşı, uruqvaylı yarımmüdafiəçi Federiko Valverde deyib.

Futbolçu növbəti oyunlarda azarkeşlərin Ardaya qarşı heyranlığının daha da artacağını vurğulayıb.

Qeyd edək ki, \"Avro-2024\" başlayandan bəri Arda Güler Instagramda 1 milyon yeni izləyici əldə edib.
 
Onu da əlavə edək ki, Ardanın şərəfini qoruduğu Türkiyə millisi iyulun 2-də Avstriya ilə Leypsiqdə qarşılaşacaq.
 
Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
 
Məryəm
Избранный
124
1
azxeber.com

10Источники