İspaniya millisinin yarımmüdafiəçisi Rodri Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Gürcüstanla oyunun ən yaxşı oyunçusu seçilib. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Oyun Kölndəki “Rayn-Energi” stadionunda baş tutub. Görüşün baş hakimi qismində fransalı Fransua Leteksier çıxış edib. Qarşılaşma İspaniya yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, İspaniya millisi Almaniya ilə qarşılaşacağı AVRO-2024-ün 1/4 final mərhələsinə vəsiqə qazanıb. Gürcüstan yığması turniri tərk edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта