"Turan Tovuz" Xəyal Nəcəfovu heyətinə qatıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son iki mövsümü Tovuz klubunda icarə əsasında keçirmiş yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanılıb.
26 yaşlı futbolçu “Turan Tovuz”un heyətində Premyer Liqada 57 oyunda meydana çıxıb.
O, buna qədər "Neftçi"yə məxsus idi. 26 yaşlı futbolçu "ağ-qaralar"a isə 2021-ci il iyulun 1-də "Sumqayıt"dan keçmişdi.
"Turan Tovuz" bunadək Şəhriyar Əliyev,Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano,Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev, Eltun Turabov və Denis Marandiçi ilə müqavilələrini yeniləyib.