AZ

Premyer Liqanın iki klubuna “yox” cavabı verdi, Kiprdə müqaviləyə imza atdı - FOTO

"Kəpəz"dən ayrılan Mate Kvirkviyanın yeni komandası bəlli olub.

Sportinfo.az xəbər verir ki, iki sezon Gəncə klubunun şərəfini qoruyan gürcüyə Azərbaycandan üç təklif olub.

"Kəpəz" onunla müqavilə müddətini artırmaq istəyib. "Səbail" və "Sumqayıt"ın transfer etmək istədiyi Mate Kiprdə oynayacaq.

Yarımmüdafiəçi bu ölkənin yüksək liqa təmsilçisi olan "Karmiotissa" ilə anlaşıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
sportinfo.az

10Mənbələr