RU

Zubir təşəkkür etdi

Fransalı futbolçu Abdullah Zubir “Qarabağ”la yeni müqavilə imzalamasını şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, “instaqram” səhifəsində bunları yazıb:

“Gəlin, bu gözəl klub üçün işləməyə davam edək. Hər kəsə təşəkkürümü bildirirəm”.

Zubir “Qarabağ”la 3 illik yeni müqavilə imzalayıb.

Fansalı vinger 2018-ci ildən Azərbaycan çempionunun üzvüdür. 32 yaşlı futbolçu ölkəmizə gələnə qədər karyerası ərzində “Qrenobl”, “İstr”, “Hibernian”, “Petrolul”, “Lans” klublarında oynayıb.

Избранный
52
3
futbolinfo.az

7Источники