AZ

Abdulla Zubir yeni müqavilə ilə bağlı paylaşım etdi

Abdullah Zubir "Qarabağ"la yeni müqavilə imzalaması ilə bağlı paylaşım edib. Sport24.az xəbər verir ki, o, instaqram səhifəsində hər kəsə təşəkkür bildirib.
Paylaşımda qeyd olunub: "Möhtəşəm klubla yenidən yola davam. Hər kəsə təşəkkürümü bildirirəm".
 
Zubir dünən "Qarabağ"la 3 illik yeni müqavilə imzalayıb. Fransalı futbolçu 2018-ci ildən Azərbaycan çempionunun heyətində çıxış edir.
 
Qeyd edək ki, 32 yaşlı futbolçu karyerası ərzində "Qrenobl", "İstr", "Hibernian", "Petrolul", "Lans" klublarında oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
7
sport24.az

7Mənbələr