Bakı. TurkicWorld:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Azərbaycana səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə məlumat Ərdoğanın iyul ayı üçün diplomatik proqramında yer alıb.
Bildirilib ki, Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.