“FourFourTwo” jurnalı dünyanın ən yaxşı 10 qapıçısının siyahısını təqdim edib.
“Football-plus.az” xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu idman nəşrinin versiyasına əsasən, 1-ci yerdə “Liverpul”un braziliyalı qapıçısı Alisson Bekkerdi. 2-ci sıranı “Mançester Siti”nin braziliyalı üzvü Ederson Moraes tutub. İlk “3-lüy”ə “Barselona”nın almaniyalı qolkiperi Mark-Andre ter Ştegen də düşüb.
“FourFourTwo”nun versiyasına görə, dünyanın ən yaxşı 10 qapıçısının sırasına bu oyunçular da layiq biliniblər: Mayk Menyan (Fransa, “Milan”),
Manuel Noyer (Almaniya, “Bavariya”), Canluici Donnarumma (İtaliya, PSJ), Yan Oblak (Sloveniya, “Atletiko”), Emiliano Martines (Argentina, “Aston Villa”), Yan Zommer (İsveçrə, “İnter”), Georgi Mamardaşvili (Gürcüstan, “Valensiya”).
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта