RU

"Azarkeşlərdən üzr istəyirik"

İtaliya millisinin müdafiəçisi Matteo Darmian komandasının İsveçrəyə məğlubiyyətindən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki,  34yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

"Məğlubiyyətin səbəblərini demək çətindir. Azarkeşlərimizə üzr borcumuz var. İndi deməyə sözüm yoxdur”

İyunun 29-da İtaliya 2024-cü il Avropa çempionatının 1/8 finalında İsveçrəyə uduzaraq (0:2) turniri tərk edib.

Qeyd edək ki, İtaliya komandası hazırkı Avropa çempionudur. Son buraxılışın finalında komanda İngiltərəni penaltilər seriyasında məğlub etdi.

Избранный
151
90deqiqe.az

1Источники