İtaliya millisinin müdafiəçisi Matteo Darmian komandasının İsveçrəyə məğlubiyyətindən sonra fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, 34yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.
"Məğlubiyyətin səbəblərini demək çətindir. Azarkeşlərimizə üzr borcumuz var. İndi deməyə sözüm yoxdur”
İyunun 29-da İtaliya 2024-cü il Avropa çempionatının 1/8 finalında İsveçrəyə uduzaraq (0:2) turniri tərk edib.
Qeyd edək ki, İtaliya komandası hazırkı Avropa çempionudur. Son buraxılışın finalında komanda İngiltərəni penaltilər seriyasında məğlub etdi.