RU

Avro-2024: Almaniya-Danimarka oyunu güclü yağışa görə dayandırılıb

Avro-2024:

Bakı, 29 iyun, AZƏRTAC

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində Almaniya və Danimarka yığmaları arasında keçirilən oyun ilk hissənin sonlarına yaxın dayandırılıb.

AZƏRTAC xəbər verir ki, hava şəraitinə görə matçda məcburi fasilə elan olunub.

Güclü yağış səbəbindən komandalar meydanı tərk ediblər. Matçın davam etdirilib-etdirilməyəcəyi məlum deyil.

Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
2
azertag.az

4Источники