AZ

Almaniya - Danimarka oyunu bərpa olundu - YENİLƏNDİ

Avropa çempionatının 1/8 final mərhələsində güclü yağış səbəbindən dayandırılan Almaniya-Danimarka oyunu bərpa olunub.

Sportnet.az xəbər verir ki, görüş 35-ci dəqiqədən etibarən davam etdirilib.

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.

 ---------------------------

Avropa çempionatının 1/8 final mərhələsində Almaniya və Danimarka yığmaları arasında keçirilən oyun ilk hissənin sonlarına yaxın dayandırılıb.

Sportnet.az xəbər verir ki, hava şəraitinə görə matçda məcburi fasilə elan olunub.

Güclü yağış səbəbindən komandalar meydanı tərk ediblər. Matçın davam etdirilib-etdirilməyəcəyi məlum deyil.

Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
sportnet.az

4Mənbələr