RU

TƏBİB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Data analitika şöbəsinə böyük məsləhətçi

Son tarix 21 iyl 2024 [email protected]

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (texniki ixtisaslar üzrə)
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • SQL, Python, R üzrə biliklərin olması arzuolunandır
  • Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə

Bacarıqlara dair tələblər: 

  • Analitik düşünmə qabiliyyəti 
  • Problemi təhlil etmə bacarığı
  • Komandada işləmə bacarığı
  • Nəticəyönümlülük
  • Ünsiyyət qabiliyyəti
  • Stressə davamlılıq
  • Təqdimat bacarığı
  • Məsuliyyətlilik
  • Dəqiqlik İntizamlılıq.

İşin təsviri:

  • Böyük həcmli məlumatların təmizlənməsi, vizuallaşdırılması və təhlili ilə bağlı bütün mərhələlərin idarə edilməsi; 
  • Statistik və analitik hesabatların hazırlanması;
  • Hazırlanmış hesabatların dəyərləndirilməsi və inkişafı istiqamətində təkliflərin verilməsi;
  • Yeni fərziyyələrin formalaşdırılması və riyazi üsullar ilə onların yoxlanması;
  • Qurumun müxtəlif biznes funksiyaları ilə tələblərə uyğun sıx əməkdaşlıq edilməsi;
  • Toplanan məlumatların keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi;
  • Səlahiyyətləri çərçivəsində vətəndaşlardan, hüquqi şəxslərdən, idarə və təşkilatlardan daxil olan müraciətlərin araşdırılması və aidiyyəti üzrə cavablandırılması; 
  • Texniki və funksional arayışların hazırlanması;
  • Hazırlanan hesabatların və təhlillərin təqdimatının edilməsi.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Data analitika şöbəsi - böyük məsləhətçi” qeyd olunmalıdır
  • CV-lər 20 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

 

Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinə aparıcı məsləhətçi

 Son tarix 11 iyl 2024 [email protected]

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (insan resursları, idarəetmə və ya iqtisadi ixtisaslar üzrə bakalavr və ya maqistr dərəcəsi)
  • Performansın idarə edilməsi üzrə 3 il iş təcrübəsi 
  • MS Office proqramlarında işləmək bacarığı
  • Dil bilikləri: İngilis və rus dili - yaxşı səviyyədə
  • Beynəlxalq sertifikatların (SHRM – CP/SCP və ya HRCI – SPHRi) olması üstünlükdür

Bacarıqlara dair tələblər: 

  • Analitik düşünmə 
  • Ünsiyyət bacarığı
  • Təqdimat bacarığı

İşin təsviri:

  • Performans qiymətləndirilməsi ilə bağlı Əsas Faəliyyət Göstəricilərinin (ƏFG/KPI), səriştələrin ölçülməsinə nəzarət edilməsi
  • Struktur bölmələr üzrə ƏFG-ni təyin etmək üçün fərdi, komanda və təşkilati inkişafa dəstək göstərilməsi
  • Performansın ölçülməsi, yarımillik izləmə, il sonu qiymətləndirövrü müşahidələr, performans nəticələrinin izlənilməsi, ƏFG nəticələrinin idarə edilməsi proseslərini əks etdirən hesabatlar, hesabat panelləri və təqdimatların hazırlanması
  • Geribildirim mexanizmləri daxil olmaqla fəaliyyətin qiymətləndirilməsi proseslərinin layihələndirilməsi və icra edilməsi
  • Müəyyən edilmiş hədəflərin illik qiymətləndirilməsi və performans nəticələrinin idarəedilməsi üzrə görüşlərin təşkil edilməsi, performansın idarəedilməsi prosesinin mərhələləri, son icra olunma tarixlərinin müvafiq formada kommunikasiya edilməsi
  • Performans idarə edilməsi prosesləri ilə bağlı bütün informasiyaların toplanması, qeydə alınması, struktur bölmələrdən daxil olan sualların cavablandırılması
  • Performans qiymətləndirmə sistemlərini, müxtəlif vəzifələr üçün səriştəlik modellərini, istedadların idarəolunması sahəsində təşəbbüslər üçün spesifik performans qiymətləndirmə iş planlarını, habelə işçi səriştəsinin qiymətləndirilməsi, inkişafı və təşviqi standartlarının tərtib edilməsi
  • İşçi heyətin öyrənmə və inkişaf ehtiyaclarının müəyyən edilməsi və Fərdi İnkişaf Planlarının (FİP) hazırlanmasına dəstək göstərilməsi
  • Davamçıların, yüksək potensiallı işçilərin müəyyənləşdirilməsi və inkişaf proqramlarının planlaşdırılması və müvafiq formada icra və nəzarət edilməsi
  • Performansın idarə edilməsi, qiymətləndirilməsi üzrə ən yaxşı təcrübələr və müasir trendlərdən xəbərdar olması və performansın idarə edilməsi prosesinə təkmilləşdirmələrin tövsiyə edilməsi

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Aparıcı məsləhətçi (Performansın idarə edilməsi üzrə)” qeyd olunmalıdır
  • CV-lər 10 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

 

SƏTƏM şöbəsinə baş məsləhətçi

 Son tarix 09 iyl 2024 [email protected]

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (texniki və ya tibbi ixtisaslar üzrə)
  • Sahə üzrə 5 il iş təcrübəsi
  • MS Office proqramlarında işləmək bacarığı
  • Sahə üzrə müvafiq sertifikat (yerli və ya beynəlxalq)
  • Dil bilikləri: İngilis və rus dili - yaxşı səviyyədə
  • Sahə üzrə müvafiq qanunlar və digər hüquqi normativ sənədlər

Bacarıqlara dair tələblər: 

  • Məsuliyyət
  • Vaxtın idarəedilməsi
  • Təşəbbüskarlıq
  • Detallara diqqət
  • Keyfiyyətin tətbiqi

İşin təsviri:

  • Əməyin mühafizəsi və texniki təhlükəsizliyin təşkil edilməsi
  • Yanğın təhlükəsizliyi və mülki müdafiə işinin təşkil edilməsi
  • Tibbi tullantıların idarə edilməsi işinin təşkilində iştirak edilməsi
  • Əməyin mühafizəsi  üzrə təlimlərin keçirilməsi və biliklərin qiymətləndirilməsinin təşkil edilməsi
  • Dövri inpeksiyaların keçirilməsinin təşkil edilməsi
  • SƏTƏM işinin yerli və beynəlxalq normativ aktlara uyğunlaşdırılması
  • Tabeli tibb müəssisələrindən daxil olan sorğuların təhlili və cavablandırılmasının təşkil edilməsi
  • Tabeli tibb müəssisələrində görülən işlərə nəzarət edilməsi
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun sənəd dövriyyəsi işinin təşkil edilməsi(hesabatlar, təlimatlar, rəsmi yazışmalar və s.)

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir
  • Mövzu sətrində “SƏTƏM şöbəsi - baş məsləhətçi” qeyd olunmalıdır
  • CV-lər 8 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

 

Mühasibatlıq şöbəsinə böyük məsləhətçi

 Son tarix 06 iyl 2024 - [email protected]

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (maliyyə-mühasibatlıq və ya iqtisadi ixtisaslar üzrə)
  • Sahə üzrə 4 il iş təcrübəsi
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • ACCA FR sertifikatı
  • PMS arzuolunandır
  • Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə

Bacarıqlara dair tələblər: 

  • Komanda işi
  • Hesablama və riyazi bacarıqlar
  • Nəticəyönümlülük
  • Məsuliyyətlilik
  • İntizamlılıqanda İntizamlılıq.

İşin təsviri:

  • Əsas vəsaitlərin reyestrinin aparılması, amortizasiyanın hesablanması
  • Anbar hesabatının hazırlanması, mal qalıqlarının düzgün uçotun aparılması və nəzarət edilməsi
  • Kreditor və debitorlarla üzləşmələrin aparılması
  • Qəbul edilmiş sənədlərin tərtib edilməsinin tamlığını, düzgünlüyünü, qanuniliyini yoxlayır və mühasibat sənədlərinin proqram təminatına işlənməsinə iştirak və nəzarət edilməsi
  • Hər gün analitik uçot üzrə əməliyyatların qeydə alınması
  • İşçilər və təhtəlhesab şəxslərlə hesablaşmaların uçotunun aparılması
  • Ezamiyyə avans hesabatlarının hazırlanması, qəbul edilməsi, yoxlanılması
  • e-taxes.gov.az saytında daxil olan məktubların izlənilməsi, e-qaimənin izlənilməsi, daxil olan qaimələr üzrə öhdəliklərin araşdırılması, sənədlərinin tələb edilməsi
  • Kameral vergi yoxlaması üzrə uyğunsuzluqlara cavabların yazılması
  • Vergi, statistika, məşğulluq və DSMF hesabatlarının hazırlanması və göndərilməsi
  • Rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Mühasibatlıq şöbəsi – böyük məsləhətçi” qeyd olunmalıdır
  • CV-lər 5 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

 

Elektrik

 Son tarix 12 iyl 2024 [email protected]

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali və ya orta texniki təhsil (elektrik ixtisası üzrə)
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • Sahə üzrə müvafiq sertifikat
  • Texniki təhlükəsizlik qaydalarını bilməli
  • Elektrik sxemlərini oxumağı bacarmalı

İşin təsviri:

  • İnzibati binanın elektrik enerjisinin fasiləsiz işinin təmin edilməsi
  • Avadanlıqların elektrik hissələrinin təhlükəsiz işləməsinin təmin edilməsi
  • Elektrik montajı, qoşulması, təmiri və texniki xidməti üzrə işlərin təşkil edilməsi
  • Meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə edilməsi
  • İllik baxım planına uyğun olaraq tədbirlərin görülməsi
  • İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət edilməsi

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV və sertifikat e-mail ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Elektrik” qeyd olunmalıdır
  • CV-lər 11 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Избранный
82
3
fed.az

4Источники