Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə hesab növbəti dəfə dəyişib.
İkinci hissənin əvvəlində isveçrəlilər fərqi iki topa yüksəldib - 2:0.
46-cı dəqiqədə Ruben Varqas fərqlənməyi bacarıb. (Report)
***
37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.
***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb.
Qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.
Qeyd edək ki, görüşü polşalı baş hakim Şimon Marçinyak idarə edir. (Report)